ƏHMƏD İBN HƏNBƏL

görkəmli ictimai xadimi, mühəddis və fəqih olmuşdur. İslamın dörd sünni etiqadi məzhəblərindən biri olan Hənbəli məzhəbi onun adı ilə bağlıdır. Əhməd ibn Hənbəl Bağdadda doğulmuşdur. Onun soyu Şeyban qəbiləsindən olmuşdur. Onun ata-babaları Ərəbistandan Xorasana köçmüş və orada yaşamışdırlar. Sonra isə Əhməd ibn Hənbəlin doğulmasından öz öncə onun ailəsi Bağdada köçmüş, orada atası Məhəmməd 30 yaşında vəfat etmişdir. Atasını itirdikdən sonra Əhməd anası ilə birlikdə əmisinin himayəsində yaşamışdır. Onun elmə marağı anasının təsiri ilə oyanmışdır. Ancaq, bununla yanaşı Xilafətin paytaxtı olan Bağdadın ictimai həyatı da gənc Əhməd ibn Hənbəlin dünyagörüşünə böyük təsir göstərmişdir. Əhməd ibn Hənbəl erkən yaşlarından Quranı, hədisləri səhabələrin və onların davamçılarının həyatlarını öyrənmiş, ərəb dilinin incəliklərinə qədər yiyələnmişdir. Onu daha da çox hədis və fiqh elmi maraqlandırmışdır. Hədisləri xırdalıqlarına qədər öyrənərkən onlardan hüquqi hökmlər çıxarılmasını vacib saymışdır. Bu elmlər üzrə onun müəllimi görkəmli fəqih, hənəfi məzhəbinin nümayəndəsi Əbu Yusif olmuşdur. Qırx yaşından sonra Əhməd ibn Hənbəl hədis rəvayətçisi olmuş, fiqhi hökmlər verməyə başlamışdır. Eyni zamanda, bu elmləri tədris edərək böyük nailiyyətlər qazanmışdır. Əhməd ibn Hənbəl mütəzililiyi rəsmi ölkə ideologiyasına çevirmiş, Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zaman Mütəzili kəlamçıları ilə ənənəvi İslam alimləri arasında Quranın məxluq olub-olmamağı məsələsi üzrə qızğın mübahisələr gedirdi. Belə ki, mütəzililər Quranın yaradılmış olduğunu iddia edirdilər, ənənəçilər isə buna qarşı çıxırdılar. Xəlifələr ilk öncə mütəzililəri dəstəkləmişlər. O dövrdə Əhməd ibn Hənbəl onların ehkamlarını qəbul etmədiyinə görə təqiblərə məruz qalmışdır. Ancaq, daha sonralar xəlifələr mütəzilikdən imtina etdilər. Mütəzililiyə qarşı mübarizə apardığına görə Əhməd ibn Hənbəlin əsasən ənənəvi dinə üstünlük verən xalqın və hakim dairələrin arasında nüfuzu artmışdır. Əhməd ibn Hənbəlin günümüzə qədər gəlib çatmış ən tanınan əsəri hədislər toplusu olan “Müsnəddir”. Burada o, otuz minə yaxın səhih hesab etdiyi hədisi bir araya yığmışdır. O hədisləri seçərkən onların ravilərinin kim olduğuna böyük əhəmiyyət vermişdir. Onun başlıca şərti bu ravi silsiləsinin peyğəmbərə qədər gedib çıxması olmuşdur. Bu şərtə cavab verməyən və ən etibarlı ravilərdən rəvayət olunmuş hədisləri belə, Əhməd ibn Hənbəl zəif hədis hesab etmişdir. Ancaq, buna baxmayaraq bir çox hədis alimlərinə görə onun “Müsnəd” əsərində zəif hədislər də vardır.
ƏHMƏD FƏRUQİ
ƏHMƏDİLƏR
OBASTAN VİKİ
Əhməd ibn Hənbəl
Əhməd bin Məhəmməd bin Hənbəl Əbu Abdullah əl-Şeybani (ərəb. احمد بن محمد بن حنبل ابو عبد الله الشيباني‎‎; 780-857) — İslam alimi, fəqih. Əbu Abdullah Əhməd b. Məhəmməd b. Hənbəl əş-Şaybani əl-Mərvəzi 780-ci ildə Bağdadda doğulmuşdur. Əsli ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və soyu Nizar qəbiləsində Peyğəmbərin (s.a.s) soyu ilə birləşməktədir. İlk təhsilini Bağdatda aldıqdan sonra dini elmlərə yönələn İmam Əhməd İslamı bütün yönləri ilə yaşamaq istədi. Bu arzu onu peyğəmbər (s.a.s) hədisləri ilə məşğul olmağa təşviq etdi. Daha kiçik yaşlarında Quranı-Kərimi əzbərləmişdi. Bəsrə, Hicaz, Kufə, Yəmən kimi elm mərkəzlərinə bir çox səyahətlər etmiş, buralarda olan üləma və mühədisslərlə görüşmüş, raviləri tapmış və onlardan hədis götürmüşdür.
Əhməd bin Hənbəl

Maymun ibn Əhməd
I Maymun - Dərbənd Haşimiləri sülaləsindən olan altıncı müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə səkkizincidir. == Hakimiyyəti == Atasının ölümündən sonra əmir olmuşdu. Taxta çıxanda 20 yaşı vardı. Hakimiyyəti zəif idi, bütün güc rəislərin əlində toplanmışdı. Buna görə 987-ci ildə rusları Dərbəndə köməyə çağıran əmir, onların köməyi ilə əsirlikdən azad oldu. 989-cu ildə Gilanlı bir dərviş olan Musa ət-Tutzi Dərbəndə gəldi və öz dini ideyalarını yaymağa başladı. Əmir Maymun belə şərab içməyə tövbə etmişdi. Dərviş gedərək güclənirdi. Bir gün dərviş əmirdən öz rus qulamlarına islamı qəbul etdirməsini yaxud öldürülmələrini tələb etdi, əmir imtina etdikdən sonra dərviş xalqı 990-cı ildə üsyana qaldırdı, əmir qalaya sığınmağa məcbur oldu.
Məhəmməd ibn Əhməd
Məhəmməd ibn Əhməd – Şirvanşahlar dövlətinin doqquzuncu hökmdarı, Şirvanşah Əhməd ibn II Məhəmmədin oğlu. Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Məhəmməd öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi. Şirvanın ən zəngin və qədim şəhər mərkəzlərindən olan Şabran qonşu feodalların diqqətini cəlb edirdi. Onlar aramsız olaraq şəhərə basqınlar edir, onu çapıb talayırdılar. Şəbəran qədim zamanlardan Şirvanın paytaxtı olmuşdu.
Xəlil ibn Əhməd
Xəlil ibn Əhməd (ərəb. أبو عبد الرحمن الخليل بن أحمد الفراهيدي‎; 718, Bəsrə – 1 noyabr 790, Bəsrə) — VIII əsrin məşhur ərəb filoloqu və musiqişünası Bəsrə məktəbinin nümayəndəsidir. Əl-Bəsri təxəllüsü ilə də tanınmışdır. Əruz nəzəriyyəsinin ("əl-Əruz" risaləsi və s.) yaradıcılarındandır. "Kitab ül-eyn" adlı ilk ərəb dili izahlı lüğətini tərtib etmişdir. Sibaveyhi onun rəhbərliyi ilə ərəb dilinin "əl-Kitab" adlı ilk normativ qrammatikasını yaratmışdır. Musiqi nəzəriyyəsinə dair əsərləri də ("əl-nəğam" və s.) var. X. İ. Əhmədin müəyyən etdiyi əruz qəliblərində bölgüləri təfilələr (ərəbcə "fə’ələ" feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilələrdəki uzun və qısa hecalar müəyyən edir. X. İ. Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışından (vahidindən) ən böyük anlayışına qədər olan inkişafını sxem şəklində aşağıdakı kimi təsvir etmək olar: Müxtəlif kombinasiyaları nəticəsində 6 rükn yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində 8 əsli təfilə yaranır: ↓ Müxtəlif dəyişmələr – zihaflar nəticəsində 60-dan çox törəmə təfilə yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində qəliblər yaranır: ↓ Yarandığı əsli təfilələrdən asılı olaraq 16 bəhrdə (16-cı bəhr — Mütədarik alimin davamçıları tərəfindən yaradılmışdır) qruplaşdırılır: ↓ Ritmik yaxınlıqlarına görə 5 dairədə qruplaşdırılır: ↓ Sxemdən göründüyü kimi X. İ. Əhmədin nəzəriyyəsində ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur.
Yezid ibn Əhməd
Yəzid ibn Əhməd (Şamaxı – noyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası. Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.
Yəzid ibn Əhməd

Şüeyb ibn Əhməd
Şüeyb ibn Əhməd (ərəb. شعيب بن أحمد‎) — təqribən 940–943-cü illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Əhməd ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 940-cı ildən 943-c3 ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Əli ibn Əhməd keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əhməd ibn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.
Əhməd ibn Məcid
Əhməd ibn Məcid (tam adı:Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin) Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub. 1501-ci ildə vəfat etmişdir. O, xəritəçiliyi ilə geniş şöhrət qazanmışdır. İbn Məcid, Vasko da Qamaya Hindistan səfərində yol göstərmiş, kompası Avropaya tanıdan islam alimləri arasında yer tutmuşdur. Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb. Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib.
Əhməd ibn Məzyəd
Əhməd ibn Məzyəd — Yezid ibn Məzyədin qardaşı, qardaşından sonra müəyyən bir dövrdə Ərməniyyə hakimi olmuşdur. Əsəd ibn Yezidin 811/812-ci illərdə öz postundan qovulmasından sonra Əhməd, Hicri 196-cı ildə Abdullah ibn Hümeydlə birlikdə xəlifə Əminə üsyan etmiş Məmuna qarşı 20.000 əsgərlə getmiş, lakin müvəffəqiyyətsiz olmuşdu.
Əhməd ibn Tulun
Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc.
Əhməd ibn Ömər
Əhməd ibn Ömər ibn Şüeyb (ərəb. أحمد بن عمر بن شعيب‎) — təqribən 925–940-cı illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq üçüncü əmir Əbu Abdullah Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı oğlu Əli ibn Yusif ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 925-ci ildən 940-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Şüeyb ibn Əhməd keçmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.).
Əhməd ibn Əbdülmalik
I Əhməd - Dərbənd Haşimiləri sülaləsindən olan beşinci müstəqil Dərbənd əmiridir. Atasının vaxtsız ölümündən sonra əmir olmuşdu. Atasının basdırılmasından 3 gün sonra əmir elan olunmuşdu. Hələ 3 yaşı var idi. Taxta çıxmasından 5 ay sonra əmirlər üsyan edərək Şirvanşah şahzadəsi, Heysəmi əmir elan etdilər. Daha sonra əmirlər onu da devirərək, Əhmədi 941-ci ildə, 6 yaşında yenidən əmir elan etdilər. Elə 6 ay sonra, dekabrda Əhməd bir daha devrildi. Şahzadə Heysəm bir daha əmir elan olundu. 954-cü ilin martında Əhməd bir daha əmir elan olundu. 968-ci ildə Salari İbrahimlə müttəfiqlikdən qaçan əmir Salari ordusunu geri oturtdu.
Əhməd ibn Əyyub
Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. Манучаров Е. И., Салам-заде А. В., Султанов И. Г., "Архитектура мавзолеев г. Барды, в сборнике: Архитектура Азербайджана. Эпоха Низами" Bakı, 1947.
Əli ibn Əhməd
Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri. Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir. Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir. Canard, M. (1971). "Iḳrīṭis̲h̲".
Buxtnassar Əli ibn Əhməd
Buxtnassar Əli ibn Əhməd – Şirvanşahlar dövlətinin on dördüncü hökmdarı, Şirvanşah Əbu Mənsur ibn Yezidin qardaşı oğlu. == Fəaliyyəti == Şirvanşah Qubadın öldüyü ilk gündən hakimiyyətə onun qardaşı oğlu Buxtnəssar Əli ibn Əhməd ibn Yəzid ibn Əhməd ibn Məhəmməd ibn Yəzid keçdi. Təqribən bir ildən sonra o, hakimiyyətdən salındı və onun əmisi Salar ibn Yezid Şirvanşah elan olundu. Şamaxı qalası təslim olunduqdan sonra Buxtnassar Şirvandan qaçdı, lakin Saların onun dalınca saldığı dəstə Beyləqan yaxınlığında onu yaxalayıb öldürdü. == Ailəsi == Atası Əhməd ibn Yezid. Şahzadə, Yəzid ibn Əhmədin oğlu. Əmisi Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Əmisi Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Əmioğlusu Hörmüzd.
Əhməd ibn II Məhəmməd
Əhməd ibn II Məhəmməd – Şirvanşahlar dövlətinin səkkizinci hökmdarı. Şirvanşah II Məhəmmədin ölümündən sonra Əhməd və Heysəm adlı iki oğlu, boğulub öldürülmüş qardaşı Əhmədin isə Əbu-l-Heysəm ibn Əhməd adlı oğlu qalmışdır. Ölüm yatağında olan atasını yoxlamağa gələn Layzan əmiri Əhməd ibn Məhəmməd atasının ölümündən sonra onun varisi oldu. Dövlətin əyanları ona sədaqət andı içdilər. Lakin o, tezliklə xəstələndi. "Tarix-i əl-Bab"da vəzirin Əhməd ibn Məhəmmədi baş tutmayan zəhərləmək cəhdi ortaya gətirilir. "Əhməd xəstəlikdən durandan sonra öz qulamlarını göndərdi, onlar qəfildən İbn əl- Mərağinin evinə girib onu dəyənəklə ölüncə döydülər. Təbərsəran əmiri olan Heysam Şirvanda öz hakimiyyətini möhkəmləndirən və məkrli vəzirindən xilas olan qardaşından qorxuya düşərək ləzgilər (ləkz) ölkəsinə qaçdı. Vaxtı ilə o da atasına baş çəkməyə gəlirdi. Onun əmisi oğlu, Əhmədin oğlu Əbü-l-Heysəm də Şirvanşahın təqiibndən ehtiyat edərək Bərdəyə qaçdı, burada az bir müddət yaşadı və tezliklə öldü.
Məkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi
MƏKKİ BƏRDƏYİ — X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdul- lanın, Əbubəkr Bərdəyinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəyinin, Əbu- səyid Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə- həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəyinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çək- mək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, bili- yi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əh- məd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı qədim tarixli Bərdədə anadan olmuşdur. İlk təhsilini də o Bərdədə, öz doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada get- mişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanu- nundan bəhs edən elm daha çox cəlb edirdi. Bunun xatirinə o astronomiya və nücum elmlərini dərindən öyrə- nir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qa- nunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət aç- maq, onların əsrlərdən bəri qıfıllı qalan qapılarını açıb geniş dəhlizinə da- xil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş de- yildi.
Xəlil ibn Əhməd əl-Fərahidi
Xəlil ibn Əhməd (ərəb. أبو عبد الرحمن الخليل بن أحمد الفراهيدي‎; 718, Bəsrə – 1 noyabr 790, Bəsrə) — VIII əsrin məşhur ərəb filoloqu və musiqişünası Bəsrə məktəbinin nümayəndəsidir. Əl-Bəsri təxəllüsü ilə də tanınmışdır. Əruz nəzəriyyəsinin ("əl-Əruz" risaləsi və s.) yaradıcılarındandır. "Kitab ül-eyn" adlı ilk ərəb dili izahlı lüğətini tərtib etmişdir. Sibaveyhi onun rəhbərliyi ilə ərəb dilinin "əl-Kitab" adlı ilk normativ qrammatikasını yaratmışdır. Musiqi nəzəriyyəsinə dair əsərləri də ("əl-nəğam" və s.) var. X. İ. Əhmədin müəyyən etdiyi əruz qəliblərində bölgüləri təfilələr (ərəbcə "fə’ələ" feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilələrdəki uzun və qısa hecalar müəyyən edir. X. İ. Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışından (vahidindən) ən böyük anlayışına qədər olan inkişafını sxem şəklində aşağıdakı kimi təsvir etmək olar: Müxtəlif kombinasiyaları nəticəsində 6 rükn yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində 8 əsli təfilə yaranır: ↓ Müxtəlif dəyişmələr – zihaflar nəticəsində 60-dan çox törəmə təfilə yaranır: ↓ Müxtəlif kombinasiyaları nəticəsində qəliblər yaranır: ↓ Yarandığı əsli təfilələrdən asılı olaraq 16 bəhrdə (16-cı bəhr — Mütədarik alimin davamçıları tərəfindən yaradılmışdır) qruplaşdırılır: ↓ Ritmik yaxınlıqlarına görə 5 dairədə qruplaşdırılır: ↓ Sxemdən göründüyü kimi X. İ. Əhmədin nəzəriyyəsində ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur.
Əhməd ibn Əyyub əl Hafiz
Əhməd ibn Əyyub əl Hafiz - XIII-XIV əsrlərdə görkəmli Azərbaycan memarı. Əhməd ibn Əyyub əl Hafiz Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq, Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir. Манучаров Е. И., Салам-заде А. В., Султанов И. Г., "Архитектура мавзолеев г. Барды, в сборнике: Архитектура Азербайджана. Эпоха Низами" Bakı, 1947.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
İbn
İbn Firnans
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici — 844-914-cü illərdə yaşamış Azərbaycanlı alim. Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazırdı ki, Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani (1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazırdı ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi".
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.